Bank Of Baku

Azərbaycan bu il ərzaq buğdasına olan tələbatı tam daxili istehsal hesabına ödəyə bilər

Azərbaycan bu il ərzaq buğdasına olan tələbatı tam daxili istehsal hesabına ödəyə bilər
# 30 yanvar 2009 14:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda payızlıq buğda əkilmiş sahələr 800 min hektardan çox olub. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
«Hava şəraiti əlverişli olarsa, 2009-cu ildə Azərbaycanda ərzaq buğdasına olan tələbat daxili istehsal hesabına ödənilmiş olacaq», - deyə nazir qeyd edib.
İ.Abasov hesab edir ki, cari ildə Taxıl Fondunun ehtiyatlarının ölkənin daxili istehsal hesabına formalaşdırılması mümkündür.
Nazir qeyd edib ki, 2008-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmində 6,1% artım olub: «Bizim potensial bundan yüksəkdir. Hava şəraiti imkan verərsə, 2009-cu ildə məhsul istehsalı 6,1%-dən çox olacaq. Bu gün kənd təsərrüfatı sektorunda məhsul istehsalının həcmi sənaye sektorundan yüksəkdir».
İ.Abasov əlavə edib ki, dövlət kənd təsərrüfatı istehsalçılarını dəstəklədiyindən maliyyə böhranının bu sektora təsiri gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR