Bank Of Baku

Naxçıvanda dəvəçilik təsərrüfatı bərpa olunur

Naxçıvanda dəvəçilik təsərrüfatı bərpa olunur
# 01 fevral 2009 13:00 (UTC +04:00)
Naxçıvan C. Qurbanoğlu - APA Naxçıvan Muxtar Respublikasında (MR) dəvəçilik təsərrüfatı bərpa edilir. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, artıq bununla bağlı Şərur rayonunun Tumaslı kəndində ilk dəvəçilik təsərrüfatı yaradılıb.

İlkin olaraq təsərrüfatlarda saxlanılması üçün Saatlı rayonundan yerli şəraitə uyğun 8 dəvə alınıb. Mərhələlərlə dəvələrin baş sayının artırılması, dəvəçilik təsərrüfatlarının digər bölgələrdə də genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında dəvəçilik əvvəllər mövcud olub. Ötən əsrin 80-ci illərinin sonlarınadək bütün dəvəçilik təsərrüfatları ləğv olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR