Bank Of Baku

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək
# 02 fevral 2009 09:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, biznes-foruma qatılmaq üçün bu ölkənin işgüzar dairələrini təmsil edən böyük nümayəndə heyəti Bakıya gələcək. Belarus Sənaye-Ticarət Palatasının sədr müavini Nikolay Saxarın rəhbərlik etdiyi nümayəndə heyətinə 12 iri müəssisənin nümayəndələri daxildir. Onlar qida və mebel sənayesi müəssisələrini, yol-tikinti texnikası və dəzgah istehsal edən zavodları, həmçinin tikinti sektorunu təmsil edirlər. Belarusun iş adamları Bakıda müxtəlif ikitərəfli görüşlər də keçirəcəklər. Səfər fevralın 5-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR