Bank Of Baku

Astarada Arıçılar Birliyi yaradılıb

Astarada Arıçılar Birliyi yaradılıb
# 10 fevral 2009 07:27 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. Astarada Arıçılar Birliyi yaradılıb. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilmiş təsis konfransında Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev çıxış edərək Milli Məclisin müzakirəsinə verilmiş “Arıçılıq haqqında Qanun”un ölkəmizdə bu sahənin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Konfrans nümayəndələrinin çıxışlarında isə rayonda arıçılığın inkişaf perspektivləri və mövcud problemləri ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Sonda Rayon Arıçılar Birliyinin 7 nəfərlik idarə heyəti seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR