Bank Of Baku

Tovuzda süd emalı zavodu tikilir

Tovuzda süd emalı zavodu tikilir
# 14 fevral 2009 07:53 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı – APA. Tovuz rayonunun Bozalqanlı kəndində süd emalı zavodu inşa edilir. APA-nın qərb bürosunun xəbərinə görə, tikinti may ayında başa çatacaq və müəssisə süd qəbuluna, həmçinin məhsul istehsalına başlayacaq. Tovuz rayon İcra Hakimiyyətinin müavini Fikrət Tağıyev sutkalıq gücü 20 ton olan zavodda 100 nəfərin işlə təmin olunacağını bildirib. Rayonun beş kəndində müəssisənin soyuducu məntəqələri fəaliyyət göstərəcək. Ətraf kəndlərdən süd məhsulları bu məntəqələrdə toplanaraq emal üçün zavoda göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR