Bank Of Baku

Azərbaycanda «Kənd təsərrüfatları kooperativləri haqqında» qanun layihəsi hazırlanacaq

Azərbaycanda «Kənd təsərrüfatları kooperativləri haqqında» qanun layihəsi hazırlanacaq
# 17 fevral 2009 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «Kənd təsərrüfatları kooperativləri haqqında» qanunun hazırlanması nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda «Kooperativlər haqqında» qanunun olmasına baxmayaraq, aqrar sektorda kooperativlərin yaranması bu sahəni tənzimləyən vahid qanunun hazırlanmasını zərurətə çevirib. Bu il ərzində sözügedən qanun layihəsinin hazırlanaraq müzakirə üçün hökumətə təqdim olunması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR