Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılması mexanizminə dəyişikliklər hazırlanır

Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılması mexanizminə dəyişikliklər hazırlanır
# 17 fevral 2009 09:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi mexanizmlərinə dəyişikliklər hazırlayır. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatlar, kənd təsərrüfatı ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin rəhbəri İslam İbrahimov məlumat verib.
İ.İbrahimovun sözlərinə görə, bu həftə ərzində dəyişikliklər layihəsi digər hökumət qurumları ilə müzakirə olunacaq.
Nazirlik rəsmisi detalları açıqlamasa da, layihədə buğda istehsalçılarına dövlət tərəfindən güzəştlər, subsidiyaların, həmçinin motor yağları və mineral gübrələrin verilməsi qaydalarının təkmilləşdirilməsi məsələlərinin əksini tapdığını vurğulayıb.
Qeyd edək ki, KTN buğda əkmiş fermerlərə subsidiyaların əkin zamanı deyil, yığılan məhsula görə verilməsini təklif edir.
Xatırladaq ki, hazırda dövlət büdcəsindən ayrılmış vəsait hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına hər 1 ha əkin sahəsinin becərilməsi zamanı yanacaq və motor yağları üçün 40 manat, buğda əkmiş fermerlərə isə əlavə 40 manat (cəmi 80 manat) subsidiya verilir. Həmçinin, «Aqrolizinq» ASC tərəfindən ölkəyə gətirilmiş mineral gübrələrin 50% qiyməti dövlət tərəfindən ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR