Bank Of Baku

Azərbaycanın «Aqrolizinq» ASC bu il 180 kombayn və 500 traktor alacaq

Azərbaycanın «Aqrolizinq» ASC bu il 180 kombayn və 500 traktor alacaq
# 19 fevral 2009 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC bu il 180 taxılyığan kombayn və 500 ədəd MTZ (Minsk Traktor Zavodu) markalı traktor almağı planlaşdırır. Bu barədə «APA-Economics»ə» «Aqrolizinq» ASC-dən məlumat verilib.
Kombaynlardan 100-ü «Niva», 80-i isə «Sampo» markalı olacaq. Kombaynların iyun ayının əvvəlinədək ölkəyə gətirilməsi planlaşdırılır. Traktorların isə Gəncə Avtomobil Zavodundan alınması nəzərdə tutulub.
Bundan başqa, cari il ərzində 664 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının alınması nəzərdə tutulur.
«Aqrolizinq» ASC tərəfindən indiyədək ölkəyə 565 kombayn gətirilib.
Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsində «Aqrolizinq» ASC üçün 37,5 mln. manat vəsait nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR