Bank Of Baku

Azərbaycanda bitki müxtəlifliyinin mühafizəsi üzrə yeni qanun hazırlanacaq

Azərbaycanda bitki müxtəlifliyinin mühafizəsi üzrə yeni qanun hazırlanacaq
# 20 fevral 2009 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Bitki Müxtəlifliyinin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (UPOV) baş katibinin müavini Rolf Yordenslə görüşüb. Görüşdə Komitənin mütəxəssisləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafının yüksək potensiala malik olduğunu qeyd ediblər. Həmçinin, bu sahədə olan mövcud qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasının əhəmiyyəti vurğulayıb. Bununla yanaşı, görüşdə yeni bitki sortlarının müəyyənləşdirilməsi, bitki müxtəlifliyinin mühafizəsi və seleksiya nailiyyətlərinin qiymətləndirilməsi baxımından mövcud hüquqi aktların təkmilləşdirilməsinin zəruriliyi qeyd olunub, UPOV-un konvensiyasına uyğun yeni qanun layihəsinin hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və UPOV arasında əməkdaşlığa dair razılaşma əldə olunub.
Qeyd edək ki, Azərbaycan 2004-cü ildən Bitki Müxtəlifliyinin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (UPOV) üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR