Bank Of Baku

Azərbaycan Yaponiyaya araq ixrac edəcək

Azərbaycan Yaponiyaya araq ixrac edəcək
# 23 fevral 2009 13:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Tovuz Baltiya» şirkəti istehsal etdiyi heyva və qarpız araqlarını Yaponiya bazarına çıxaracaq. Bu barədə «APA-Economics» «Tovuz Baltiya» şirkətinin prezidenti Naiq Məmmədhəsənov məlumat verib.
N.Məmmədhəsənovun sözlərinə görə, Yaponiya bazarlarına ilkin mərhələdə 2 konteyner heyva arağı, 2 konteyner həcmində isə qarpız arağı göndəriləcək.
«Biz bu məhsulları Sankt-Peterburqda, Berlində keçirilən beynəlxalq sərgilərdə təqdim etmişik və bu məhsullar qızıl medallara layiq görülüb. Biz bu il ilk dəfə olaraq «oynaq» heyva şərabı və «oynaq» nar çaxırı istehsalını planlaşdırırıq», - deyə şirkət rəhbəri bildirib.
Ötən il şirkət 1 500 ton qarpız arağı istehsal edib. Qarpız və heyva araqlarına Ukrayna, Rusiya və Yaponiya maraq göstərir.
N.Məmmədhəsənov bu il istehsalatda yeni texnologiyaların tətbiqinin planlaşdırıldığını da qeyd edib.
Qeyd edək ki, «Tovuz Baltiya» şirkəti 2008-ci ildə 60 min dekalitr şərab istehsal edib. Şirkət ümumi istehsalın strukturunda məhsul ixracını son bir ildə 25 faiz bəndi artıraraq 95,4%-ə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR