Bank Of Baku

Azərbaycan un idxalını 2,6 dəfə artırıb

Azərbaycan un idxalını 2,6 dəfə artırıb
# 24 fevral 2009 07:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycana xaricdən 84 772,4 ton buğda, 5 459,4 ton isə un idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunmuş buğdanın dəyəri 14 880,8 min ABŞ dolları, unun dəyəri isə 1 303,7 min dollar təşkil edib. Buğda idxalı 2008-ci ilin yanvar ayına nisbətən 6,1% azalıb, un idxalı isə 2,6 dəfə artıb.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycana ümumilikdə 1 309 284,9 ton buğda, 106 907,1 ton un idxal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR