Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov: «Fermerlərin istehsal etdiyi buğdanın bir hissəsini dövlət almalıdır»

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov: «Fermerlərin istehsal etdiyi buğdanın bir hissəsini dövlət almalıdır»
# 27 fevral 2009 11:28 (UTC +04:00)
«Ötən il ölkədə gözləniləndən artıq taxıl istehsal olunub. Bölgələrdən verilən məlumatlara görə, fermerlər istehsal etdikləri buğdanı sata bilmirlər», - deyə İ.Abasov bildirib.
Bu il 2 mln. tondan artıq ərzaq buğdası istehsalının gözlənildiyini deyən nazir buğdanın bir hissəsinin dövlət tərəfindən satın alınması məsələsinin qaldırıldığını bildirib.
«Buğdanın bir hissəsi dövlət tərəfindən alınmalıdır ki, fermerlərin də buğda istehsalına marağı olsun. Fikrimcə, burada bazar qiymətləri əsas götürülməlidir», - deyə nazir vurğulayıb.
İ.Abasovun sözlərinə görə, buğdanın bir hissəsini almaqla dövlət həm ərzaq ehtiyatını təmin edəcək, həm də lazım olanda müdaxilə etməklə daxili bazarda qiymətləri tənzimləyə biləcək.
Kənd təsərrüfatı naziri onu da vurğulayıb ki, cari il üçün 800 min hektar buğda səpini aparılıb və bu il 2,1 mln. tondan artıq ərzaq buğdası istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, ötən il Azərbaycanda 904,7 min hektar sahədən ilkin çəkidə rekord səviyyədə - 2 498,3 min ton taxıl (qarğıdalı daxil olmaqla) məhsulu toplanılıb. Hektarın orta məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2008-ci ildə istehsal olunmuş taxılın 67,1%-ni və ya 1 677,5 min tonunu buğda təşkil edib. Ümumiyyətlə, 2008-ci ildə dənli və dənli paxlalıların əkin sahəsinin 2007-ci ilə nisbətən 22,3% və ya 165,2 min hektar artması ümumi istehsala müsbət təsir edib.
Xatırladaq ki, 2007-ci ildə ölkədə taxıl istehsalı 2,3 mln. ton təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR