Bank Of Baku

İFAD gələn il Azərbaycanla yeni kənd təsərrüfatı layihəsi üzrə işlərə başlayacaq

İFAD gələn il Azərbaycanla yeni kənd təsərrüfatı layihəsi üzrə işlərə başlayacaq
# 27 fevral 2009 12:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İFAD təşkilatı gələn il Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sektorunda yeni layihə üzərində işlərə başlayacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə İFAD-ın ölkə üzrə proqram direktoru Abdelkərim Sma məlumat verib.
A.Smanın sözlərinə görə, layihə Göyçay, Ağdaş və Ucar rayonlarını əhatə edəcək.
A.Sma layihə müzakirə ərəfəsində olduğundan detalları barədə məlumat verməyib. İFAD rəsmisinin sözlərinə görə, bu layihə regionda kənd təsərrüfatının inkişafına təkan verəcək.
Qeyd edək ki, İFAD Azərbaycan hökuməti ilə 1997-ci ildən əməkdaşlıq edir. Təşkilat bu günədək 4 layihənin maliyyələşdirilməsinə 112 mln. ABŞ dolları vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR