Bank Of Baku

Azərbaycan yanvarda kənd təsərrüfatı istehsalını 2,1% artırıb

Azərbaycan yanvarda kənd təsərrüfatı istehsalını 2,1% artırıb
# 27 fevral 2009 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin məhsulu üçün ötən ilin payızında Azərbaycanda 1,052 mln. hektar sahədə payızlıq dənli bitkilər əkilib, onun 806,8 min hektarını (76,7%) buğda, 245,2 min hektarını (23,3%) arpa əkinlər təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə «Aqrolizing» ASC-nin xətti ilə təsərrüfatlara 530 traktor, 100 taxılyığan kombayn, 4 kartofyığan kombayn, 205 traktor otbiçəni, habelə 246 ədəd digər yığım və becərmə maşınları satılıb və lizinq yolu ilə verilib.
Cari ilin yanvarında diri çəkidə 24,6 min ton və ya keçən ilin müvafiq dövründəkindən 0,5% çox ət, 102,2 min ton və ya 2,4% çox süd, 86,8 mln. ədəd və ya 8,8% çox yumurta, 16 98 ton və ya 13,2% çox tərəvəz istehsal edilib. Kənd təsərrüfatının ümumi məhsul istehsalı isə 2,1% artıb.
Yanvar ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə həcmi 2,1%, o cümlədən heyvandarlıq məhsulları 2%, bitkiçilik məhsulları isə 4,9% artıb.
Ötən ilin yekunlarına görə, aqrar bölmənin müəssisə və təşkilatlarında çalışan işçilərin orta illik sayı 38,6 min nəfər, onlara hesablanmış əmək haqqı fondu 52,3 mln. manat, orta aylıq əmək haqqı isə 115 manat (2008-ci ildə - 87 manat) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR