Bank Of Baku

Azərbaycanın «Aqrolizinq» ASC bu il 500 ədəd «Belarus» traktoru alacaq

Azərbaycanın «Aqrolizinq» ASC bu il 500 ədəd «Belarus» traktoru alacaq
# 02 mart 2009 07:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC bu il ərzində Gəncə Avtomobil Zavodundan müxtəlif gücə malik 500 ədəd «Belarus» (Minsk Traktor Zavodu) markalı traktor alacaq. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.
Səhmdar cəmiyyəti bu il həmçinin müxtəlif adda 664 ədəd 11 adda müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən otbiçənlər və kip bağlayanlar almağı planlaşdırır.
Cari ildə «Aqrolizinq» ASC-nin İmişli və Cəlilabad rayonlarında hər birinin tutumu 10-15 min ton olan 2 regional logistik gübrə bazasının tikilməsi nəzərdə tutulur.
Bundan əlavə, səhmdar cəmiyyəti tərəfindən cari il ərzində ölkəyə 100 ədəd «Niva», 80 ədəd «Sampo» markalı taxılyığan kombayn gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR