Bank Of Baku

Ötən il «Aqrolizinq» ASC-dən lizinqə texnika alanların sayı 9% artıb

Ötən il «Aqrolizinq» ASC-dən lizinqə texnika alanların sayı 9% artıb
# 02 mart 2009 08:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il «Aqrolizinq» ASC-dən 489 nəfər lizinqə avadanlıq və texnika alıb. Nəticədə, lizinq alanların sayı 2007-ci il ilə müqayisədə 8,7% artıb. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.
Ötən il lizinqə 1 357 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 382 traktor və 17 taxılyığan kombayn verilib.
Hazırda «Aqrolizinq» ASC tərəfindən lizinqə verilmiş texnikanın ümumi sayı 2 469, o cümlədən 776 traktor, 36 taxılyığan kombayn, 50 ekskavator.
Qeyd edək ki, «Aqrolizinq» ASC üçün 2008-ci ildə dövlət büdcəsindən 37,5 mln. manat vəsait ayrılıb. Bunun 11,3 mln. manatı texnika, 2,5 mln. manatı texnoloji avadanlıq, 23,7 mln. manatı isə mineral gübrələrin alınmasına xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR