Bank Of Baku

Azərbaycanda dörd quşçuluq müəssisəsi fəaliyyətini dayandırıb

Azərbaycanda dörd quşçuluq müəssisəsi fəaliyyətini dayandırıb
# 13 mart 2009 15:24 (UTC +04:00)
Bu barədə APA-ya “Mərdəkan Broyler” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məlumat verib. Onun sözlərinə görə, əvvəlki illərdə 2500-3000 ton quş əti istehsal edən “Mərdəkan Broyler” son zamanlar maliyyə vəsaitinin azlığı səbəbindən yem, yem əlavələri, damazlıq yumurta ala bilmirdi. Sərmayənin olmadığı üçün işini dayandıran müəssisənin fəaliyyətinin yenidən bərpası hazırda iqtisadi baxımdan sərfəli deyil.

A. Vəliyev onu da qeyd edib ki, “Mərdəkan Broyler”lə yanaşı, “Mərdəkan quşçuluq”, “Hövsan broyler” və “Goradil quşçuluq” müəssisələri də fəaliyyətlərini dayandırıb. Hazırda yerli müəssisələrdən “Dəvəçi broyler”, “Siyəzən broyler”, “İmişli broyler” və Qaraqaşlı broyler”in fəaliyyəti nisbətən yaxşı hesab edilir.

A. Vəliyevin sözlərinə görə, Azərbaycanda yem və yem əlavələri az olduğundan yerli müəssisələr onları xarici ölkələrdən alır. Bununla yanaşı, ölkədə damazlıq bazanın olmaması da quşçuluq müəssisələrinin xərclərini çoxaldır. Müəssisələr bu xərcləri ödəyə bilmədikləri üçün son vaxtlar xarici ölkələrdən yeni məhsullar idxal edə və damazlıq yumurta qoya bilməyiblər. A. Vəliyev deyib ki, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələri ƏDV-dən və gömrük rüsumlarından azad edilsə, 2015-ci ilədək ildə 80 000 ton quş əti, 1 mlrd. 350 mln. ədəd yumurta istehsal edə bilərlər. Ancaq bu imkanlar olmadığından müəssisələrin istehsal imkanları getdikcə azalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR