Bank Of Baku

Azərbaycan VII Konya Əkinçilik, Heyvandarlıq və Süd Sənayesi Sərgisində iştirak edəcək

Azərbaycan VII Konya Əkinçilik, Heyvandarlıq və Süd Sənayesi Sərgisində iştirak edəcək
# 16 mart 2009 09:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti martın 18-də Türkiyənin Konya şəhərində işə başlayacaq VII Konya Əkinçilik, Heyvandarlıq və Süd Sənayesi Sərgisində iştirak edəcək. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Sərgidə əkinçilik və heyvandarlıq sektorunu maraqlandıran maşın, texniki cihazlar və vasitələr, kimyəvi məhsullar, gübrə məhsulları təqdim olunacaq. Sərgidə Azərbaycandan müstəqil şəkildə bir neçə şirkətin iştirakı gözlənilir.
Azərbaycan nümayəndə heyətinin hər il iştirak etdiyi sərgiyə bu il 23 ölkədən 375 şirkət qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR