Bank Of Baku

«Dəvəçi Yeyinti İstehsal» ASC-nin səhmləri güzəştli satışa çıxarılıb

«Dəvəçi Yeyinti İstehsal» ASC-nin səhmləri güzəştli satışa çıxarılıb
# 18 mart 2009 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Dəvəçi Yeyinti İstehsal» ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışı elan olunub. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.
Əsas iş yeri həmin müəssisə sayılan işçilər, qanunvericiliyə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxanlar, 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər səhmdar cəmiyyətinin səhmlərini ala bilərlər.
Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən martın 30-dan aprelin 22-dək qəbul edilir. Güzəştli satışın yekunlarını təsdiq etmək üçün aprel ayının 23-də müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək.
Qeyd edək ki, «Dəvəçi Yeyinti İstehsal» ASC «Azəryeyintisənaye» Dövlət Şirkətinin Sumqayıt Süd Kombinatının tabeliyində olmuş Dəvəçi Süd Zavodunun bazasında yaradılıb. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 73 310 manat, buraxılmış səhmləri 36 655 ədəd, güzəştli satışa çıxarılmış səhmləri 5 498 ədəd, bir səhminin nominal dəyəri 2 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR