Bank Of Baku

“Quş qripi” ilə bağlı Azərbaycanda keçirilmiş monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” ilə bağlı Azərbaycanda keçirilmiş monitorinqin nəticələri açıqlanıb
# 19 mart 2009 08:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” ilə bağlı keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 10-dan başlayan monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialı, həmçinin ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1984 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə edilən nümunələrin heç birində “quş qripi”nin törədicisi müəyyən edilməyib.

Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda aparılıb. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.

“Quş qripi” ilə bağlı növbəti monitorinqə aprelin 20-dən başlamaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR