Bank Of Baku

Azərbaycanın Lənkəran şəhərində Beynəlxalq Çay Festivalı keçiriləcək

Azərbaycanın Lənkəran şəhərində Beynəlxalq Çay Festivalı keçiriləcək
# 23 mart 2009 09:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu ilin may ayında Lənkəranda Beynəlxalq Çay Festivalı keçiriləcək. Bu barədə məlumatı APA-nın cənub bürosuna Qafqaz Çay Assosasiyasının prezidenti, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev verib. Onun sözlərinə görə, yerli icra strukturlarının birgə təşəbbüsü ilə keçiriləcək tədbirdə dünyanın ən aparıcı çay istehsalçıları olan ölkələrdən, o cümlədən Hindistan, Şri-Lanka, Vyetnam, Gürcüstan, İran və Cindən tanınmış çay mütəxəssislərinin iştirakı gözlənilir. Festival günlərində iştirakçılar arasında təcrübə mübadilələrinin, simpoziumların və baxış-müsabiqələrin də keçiriləcəyi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR