Bank Of Baku

Azərbaycanın qərb bölgəsində yeni süd kompleksi inşa olunacaq

Azərbaycanın qərb bölgəsində yeni süd kompleksi inşa olunacaq
# 06 aprel 2009 07:34 (UTC +04:00)
Ağstafa. Nəzakət Məşədiəliqızı – APA. Ağstafa rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə Ağstafa rayonunda özündə 4 təsərrüfatı birləşdirən «Ağstafasüd» kompleksinin inşası layihəsinin təqdimetmə mərasimi keçirilib. «RAO Global Group»un Azərbaycandakı filialının meneceri Aynur Əliyeva APA- nin Qərb bürosuna verdiyi məlumata görə, «Ağstafasüd» kompleksinin inşası layihəsinin hazırlanmasında Almaniyanın «RAO Global Group», «GEA Westfalia Surge», «GEA Westfalia Seperator», «Claas Gloabal Sales», «Lemken, «Grimme», «İAK Agrar Consulting» şirkətləri iştirak edib. A.Əliyeva bildirib ki, layihə çərçivəsində Ağstafa rayonunda 2400 ha torpaq sahəsini əhatə edən yem təsərrüfatı, 2400 baş sağmal inəklə təmin olunmuş südçülük təsərrüfatı, müasir Avropa texnikası ilə təchiz edilmiş «Aqroservis»in və gündəlik 80 ton istehsal gücü olan süd emalı zavodunun 2010-cu ilin aprel ayında istifadəyə verilməsi planlaşdırılır. «Almaniya mütəxəssislərinə təqdim olunan layihədə Ağstafa rayonunun rəsmi meteoroloji göstəricilərini nəzərə alaraq tədqiqatlar aparılıb və müəyyən edilib ki, bu bölgənin iqlim tələblərinə uyğun olan Almaniyanın «Holzsteinfriesen Schwarzbund» sortlu inəklər gətiriləcək. Bu inəklər əksər hallarda Afrika və ərəb ölkələrinə ixrac edilir. İlkin layihəyə əsasən, kompleksin istifadəyə veriləcəyi ərəfədə 200 baş 3-5 aylıq boğaz dövründə inəklər gətiriləcək. Almaniya qanunvericiliyinə əsasən, gətiriləcək inəklər 21 gün Almaniyada karantin müayinəsi keçəcək və sonra Azərbaycana göndəriləcək».
Layihənin icrası nəticəsində hər il 2,336 mln. dekalitr süd istehsalı, layihənin 3-cü ilindən başlayaraq 290 ədəd boğaz olmayan, 300 ədəd boğaz, 100 ədəd südverməyən boğaz, 410 ədəd 2 illik boğaz inəyin və 1 100 baş 15 aylıq erkək dana satışının həyata keçirilməsi nəzərdə tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, süd emalı müəssisəsində 6 çeşiddə süd məhsullarının istehsalı planlaşdırılır. Əsas istehsalı kərə yağı, xama, 3,5 faizli süd məhsulu, kəsmik, yoqurt və digər ağartı məhsulları təşkil edəcək. Layihənin icrası nəticəsində təqribən 230 nəfər daimi işlə, 80 nəfər isə mövsümü işlə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR