Azərbaycan fındıq ixracının səmərəliliyini araşdırır

Azərbaycan fındıq ixracının səmərəliliyini araşdırır
# 07 aprel 2009 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycandan xarici ölkələrə fındıq ixracının səmərəliliyi təhlil olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rəhim Hüseynov bildirib.
R.Hüseynovun sözlərinə görə, bu sahədə səmərəlilik hələ bilinməsə də, bunun öyrənilməsi məqsədi ilə müvafiq addımlar atılacaq: «Hazırda fındığın ixracı ilə alyans və ya bir müəssisə məşğul olmasına dair təhlil aparılır və əgər alyans səmərə verərsə, həmin qurum bu sahə ilə məşğul olacaq. Mənim fikrimcə, süni şəkildə alyansın yaradılması məqsədəuyğun deyil».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR