Bank Of Baku

Rusiya Azərbaycana buğda ixracını 19% artırıb

Rusiya Azərbaycana buğda ixracını 19% artırıb
# 08 aprel 2009 07:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Rusiyadan dəmir yolu nəqliyyatı vasitəsi ilə Azərbaycana 171,9 min ton buğda yola salınıb. Bu barədə «APA-Economics» Rusiyanın www.zol.ru saytına istinadən məlumat verib.
Mart ayında Rusiyadan Azərbaycana dəmir yolu vasitəsi ilə buğda ixracı fevral ayı ilə müqayisədə 18,8% artıb.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən ümumi dəyəri 45 514,7 min ABŞ dolları təşkil edən 240 472,3 ton buğda idxal olunub. Buğda idxalı 2008-ci ilin ilk iki ayı ilə müqayisədə 22% artıb.
Xatırladaq ki, mayın 1-dən etibarən Azərbaycanda buğda və un idxalına yenidən əlavə dəyər vergisinin hesablanmasına başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR