Bank Of Baku

Azərbaycanın bölgələrində regional gübrə bazaları tikiləcək

Azərbaycanın bölgələrində regional gübrə bazaları tikiləcək
# 11 aprel 2009 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti özünün 2008-2015-ci illəri əhatə edən xüsusi investisiya proqramı əsasında böyük həcmdə tikinti işləri həyata keçirəcək.
«Aqrolizinq»dən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində 20 rayonda aqroservis filialının maddi-texniki bazasının yaxşılaşdırılması və müasir tələblərə cavab verən avadanlıqla təchiz olunmuş təmir emalatxanalarının tikintisi planlaşdırılır. Bundan başqa, Gəncə və Xaçmaz rayonlararası təchizat bazalarında yenidənqurma işlərinin aparılması, İmişli və Cəlilabad rayonlarında isə hər birinin tutumu 10-15 min ton olan iki regional logistika gübrə bazalarının tikintisi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR