Bank Of Baku

Azərbaycan prezidenti «Arıçılıq haqqında» qanunun tətbiqinədair fərman imzalayıb

Azərbaycan prezidenti «Arıçılıq haqqında» qanunun tətbiqinədair fərman imzalayıb
# 16 aprel 2009 15:17 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Arıçılıq haqqında» qanunun tətbiqi barədə fərman imzalayıb. Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının «Arıçılıq haqqında» qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Həmçinin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanuna uyğunlaşdırılmalıdır. Bununla yanaşı, həvəskar və peşəkar arıçılıqla məşğul olma, arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə qaydası və forması, bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması, dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının yaradılması, həmçinin rayonlaşdırılmamış arı cinslərinin Azərbaycana gətirilməsi qaydaları və digər sənədlər hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR