Bank Of Baku

«Bakı-Baltika» şirkəti gələn ay rəsmən fəaliyyətə başlayır

«Bakı-Baltika» şirkəti gələn ay rəsmən fəaliyyətə başlayır
# 20 aprel 2009 09:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın «Baltika» şirkəti Azərbaycanda pivə istehsalına mayın 20-də rəsmən başlamağı planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətdən məlumat verilib.
Mayın 20-də yenidənqurma işlərindən sonra Xırdalan şəhərində yerləşən «Bakı-Baltika» pivə zavodunun (keçmiş «Bakı-Kastel») rəsmi açılış mərasimi keçiriləcək.
Şirkət ötən 1 il ərzində Xırdalan şəhərində yerləşən pivə zavodunun bişirmə sistemi, qıcqırma və filtrasiya sahələrini modernləşdirib. Həmçinin, PET-qablaşdırmada pivənin saxlama müddətini artıran, yüksək keyfiyyətli pivə istehsalına imkan yaradan yüksək texnoloji PET-qablaşdırmaya süzmə xəttini qurub.
Xatırladaq ki, «Baltika» şirkəti əvvəllər «Kastel» şirkətində olan Xırdalan Pivə Zavodunun 100% səhmini 2008-ci ilin may ayında alıb və məlumatlara görə, müəssisənin yenidən qurulmasına 20 mln. ABŞ dolları sərmayə yatırıb.
«Bakı-Baltika» müəssisədə «Bizim pivə», «Əfsanə» və «Xırdalan» pivə çeşidləri ilə yanaşı «Baltika» və «Arsenalnoye» brendləri altında məhsul istehsalına başlayacaq.
Qeyd edək ki, «Baltika» şirkəti 2000-ci ildən Azərbaycana pivə tədarükü həyata keçirir. «Baltika» şirkəti 1990-cı ildən fəaliyyət göstərir və «Baltika» brendi Avropada satış üzrə ikinci yerdədir. Şirkət dünyanın 47 ölkəsinə pivə ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR