Bank Of Baku

İsmət Abasov: “Bu il aqrar sektorda istehsalın 7% artacağı gözlənilir”

İsmət Abasov: “Bu il aqrar sektorda istehsalın 7% artacağı gözlənilir”
# 20 aprel 2009 15:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Cari ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı sektorunda məhsul istehsalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. O bildirib ki, ilin sonuna qədər aqrar sektorda məhsul istehsalı 7%-dən çox olacaq. Bununla yanaşı, nazir qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı artdıqca, onların satışı ilə bağlı problemlər meydana çıxır, fermerlər istehsal etdikləri məhsulu sata bilmir və xərcə düşürlər: “Ötən il fermerlər taxıl, kartof, meyvə və tərəvəzin bir hissəsini sata bilmədilər. Biz yerli bazarı qorumaq məqsədilə istehsal olunan məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasını təklif etmişik. Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq”.

İ. Abasov bu il Azərbaycanda buğda və digər məhsulların qıtlığının olmayacağını, əksinə, bəzi məhsulların istehsalının tələbatdan çox olacağını söyləyib: “Cari ildə ilk dəfə olaraq 900 min hektar sahədən ərzaq buğdası biçiləcək. Bu da 2008-ci ilin məhsuldarlığı ilə 2 milyon 160 min ton buğda deməkdir”.

İ. Abasovun sözlərinə görə, aprelin 30-dan idxal taxıla və una əlavə dəyər vergisinin tətbiqi qiymət artımına səbəb olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR