Bank Of Baku

Nazir: “Dünyadakı maliyyə böhranının Azərbaycanın aqrar sektoruna heç bir təsiri olmayıb”

Nazir: “Dünyadakı maliyyə böhranının Azərbaycanın aqrar sektoruna heç bir təsiri olmayıb”
# 20 aprel 2009 16:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA-Economics. “Digər ölkələrdən Azərbaycana idxal olunan ucuz kənd təsərrüfatı məhsulları yerli istehsala mənfi təsir göstərərsə, hökumət müvafiq addımlar atacaq”. APA-nın məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazir qeyd edib ki, hökumətin bu prosesi nizamlamaq üçün əlində müvafiq rıçaqlar var: “Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə idxala əlavə rüsumlar tətbiq oluna bilər. Hələlik isə buna ehtiyac yoxdur”.
İ. Abasov bildirib ki, dünyadakı maliyyə böhranının Azərbaycanın aqrar sektoruna heç bir təsiri olmayıb. Nazir pambıqçılığın inkişafı üçün dövlətlə yanaşı səhmdar cəmiyyətlərinin də lazımi tədbirlər görməsini vacib sayıb. Onun sözlərinə görə, pambığın alış qiymətinin aşağı olması fermerlərdə bu sektora marağı azaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR