Bank Of Baku

Azərbaycanda pambığın yığım qiyməti artırılır

Azərbaycanda pambığın yığım qiyməti artırılır
# 24 aprel 2009 13:08 (UTC +04:00)
İmişli. Əlibәy Zeynallı - APA. Bu il Azərbaycanın Mil-Muğan bölgəsində tam şəkildə pambığın kombaynlarla yığımı tətbiq ediləcək. Bu barədə APA-nın Mil-Muğan bürosuna «Azərcot» MMC şirkətinin nümayəndəsi Balasəlim Əbilov məlumat verib.
B.Əbilovun sözlərinə görə, bu il Sabirabad və İmişli rayonlarında pambıq əkinində və yığımında yeniliklərin tətbiqi həyata keçiriləcək. Artıq bəzi ərazilərdə xüsusi mexanizmlər tətbiq olunmaqla, təmizlənmiş çiyidlərin pnevmatik üsulla əkilməsi tətbiq olunur. Bu həm toxuma qənaət edir, həm də məhsuldarlığı yüksəldir. Bu sahələrdə becərilən pambıq yığım vaxtı pambıqdərən kombaynlarla yığılacaq. Eyni zamanda bu il pambığın istehsalçılardan alış qiymətinin də artırılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR