Bank Of Baku

Azərbaycanda tərəvəz və bostan bitkilərinin əkin sahələri artırılıb

Azərbaycanda tərəvəz və bostan bitkilərinin əkin sahələri artırılıb
# 27 aprel 2009 06:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 1-i vəziyyətinə Azərbaycanda 104,4 min hektarda yazlıq bitkilər, o cümlədən 8,3 min hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 33,2 min hektarda kartof, 23,3 min hektarda tərəvəz bitkiləri, 3,4 min hektarda şəkər çuğunduru, 2,8 min hektarda ərzaq üçün bostan bitkiləri, 29,8 min hektarda çoxillik otlar və s. əkilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrünə nisbətən tərəvəz bitkiləri əkini 15,4%, ərzaq üçün bostan bitkiləri əkini 9,1%, şəkər çuğunduru əkini 1,7 dəfə çox sahədə aparılıb.
Təsərrüfatlarda yanvar-mart aylarında 6,1 min ton və yaxud keçən ildəkindən 20,1% çox istixana və faraş tərəvəz məhsulları istehsal edilib.
Bundan başqa, hesabat dövründə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 318 min manat təşkil edib, balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən isə 56 min manat dəyərində balıq ovlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR