Bank Of Baku

Azərbaycan yanvar-mart aylarında un idxalını 8 dəfə artırıb

Azərbaycan yanvar-mart aylarında un idxalını 8 dəfə artırıb
# 29 aprel 2009 14:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 372 167,6 ton ərzaq buğdası və 17 682 ton un idxal edilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə buğda idxalı 2008-ci ilin I rübü ilə müqayisədə 46,1%, un idxalı isə 7,8 dəfə artıb.
İdxal olunmuş buğdanın dəyəri 68 248 min ABŞ dolları, unun dəyəri isə 3 936,7 min dollar təşkil edib.
Qeyd edək ki, hazırda Azərbaycana buğda və un idxalı əlavə dəyər vergisindən (ƏDV) azaddır. Buğda və un idxalına ƏDV-nin tətbiqi mayın 1-dən başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR