Bank Of Baku

Qazaxıstanın qərbində yeni taxıl terminalı inşa olunacaq

Qazaxıstanın qərbində yeni taxıl terminalı inşa olunacaq
# 07 may 2009 08:06 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərində tikintisi planlaşdırılan taxıl terminalını «APK-İnvest» şirkəti inşa edəcək. Mangistau vilayətinin hökuməti tərəfindən tikintinin aparılması üçün şirkətə kreditin ayrılmasına dair qərar qəbul olunub. APA-nın Mərkəzi Asiya bürosunun «APK-İnvest»ə istinadən verdiyi məlumata görə, Aktaudakı taxıl terminalının tikintisi 2010-cu ildə başa çatdırılacaq. Bu terminal vasitəsi ilə Azərbaycan, Tacikistan və İrana ildə 1,5 mln. ton Qazaxıstan taxılı göndəriləcək.

Ümumilikdə, layihənin həyata keçirilməsinə 6,9 mlrd. tenge (45 mln. ABŞ dolları) xərclənəcək. Sərmayənin 8 ilə ödəniləcəyi proqnozlaşdırılır. Layihə çərçivəsində Mangistau vilayətində elevator, kombikorm və dəyirman zavodlarının tikintisi nəzərdə tutulur. Elevatorda bir dəfəyə 100 min ton taxıl saxlamaq, dəyirmanda gündə 400 ton un üyütmək, müəssisədə isə gündəlik 100 ton kombikorm istehsal etmək mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR