Bank Of Baku

İsmət Abasov: “Bu il 2 milyon 100 min tondan artıq buğda istehsal ediləcəyi gözlənilir”

İsmət Abasov: “Bu il 2 milyon 100 min tondan artıq buğda istehsal ediləcəyi gözlənilir”
# 07 may 2009 12:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Azərbaycan əhalisini 90-95 faiz ölkədə istehsal olunan məhsullarla təmin edirik. Bizim məqsədimiz bunun 100 faizə çatdırılmasıdır. Biz həmçinin ərzaq buğdası ilə də özümüzü təmin etməliyik”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib. O bildirib ki, bu il Azərbaycanda əhalinin ehtiyacı həcmində ərzaq buğdası istehsal olunacaq. Nazir bir neçə gün əvvəl ölkəyə 180 ədəd taxılyığan kombayn gətirildiyini və texnika çatışmazlığının aradan qaldırıldığını söyləyib: “Heç kəs taxıl qıtlığı ilə bağlı şayiə yaymasın. Bu gün kifayət qədər qalıq məhsulumuz var. Yaxın aylarda isə yeni taxıl biçimi mövsümü başlayacaq. Ümumilikdə 2 milyon 100 min tondan artıq buğda istehsal ediləcəyi gözlənilir. Ötən ilin payızında 800 min hektar sahədə buğda əkilib ki, bu da rekord göstəricidir. Belə vəziyyətdə heç bir qiymət artımı ola bilməz”.

İ. Abasov dünyada baş verən maliyyə böhranının Azərbaycanın kənd təsərrüfatı sektoruna təsir etmədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR