Bank Of Baku

Azərbaycanda havaların qeyri-sabit keçməsi yazlıq bitkilərin ümumi əkin sahəsini azaldıb

Azərbaycanda havaların qeyri-sabit keçməsi yazlıq bitkilərin ümumi əkin sahəsini azaldıb
# 09 may 2009 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 1-i vəziyyətinə Azərbaycanda 211,5 min hektar sahədə yazlıq bitkilər əkilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mayın 1-i vəziyyətinə 33,4 min hektarda dənli və dənli paxlalı bitkilər, 48,2 min hektarda kartof, 9,4 min hektarda tərəvəz bitkiləri, 15,9 min hektarda ərzaq üçün bostan bitkiləri, 10,5 min hektarda pambıq, 40,9 min hektarda çoxillik otlar və s. kənd təsərrüfatı bitkiləri əkilib.

Dövlət büdcəsi vəsaiti hesabına buğda istehsalçılarına hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardımın verilməsi 2009-cu ilin məhsulu üçün payızlıq buğdanın əkin sahəsinin xeyli genişləndirilməsi ilə nəticələnib və yazlıq bitkilərin əkini üçün nisbətən az torpaq sahəsi qalıb. Bununla əlaqədar, həmçinin əkin dövründə havaların qeyri-sabit keçməsi nəticəsində bütövlükdə yazlıq bitkilərin ümumi əkin sahəsi keçən ilin müvafiq dövrünə nisbətən bir qədər azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR