Bank Of Baku

Gələn ay Azərbaycanda taxıl biçini başlayır

Gələn ay Azərbaycanda taxıl biçini başlayır
# 12 may 2009 10:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC tərəfindən cari ilin aprel ayında Gəncə Avtomobil Zavodundan 73 ədəd MTZ markalı traktor alınaraq lizinqə verilib. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.
Bununla yanaşı, ötən ay Rusiyadan 4 tırtıllı və 4 təkərli traktor, bağlanmış müqavilələr əsasında, «Rostselmaş» zavodundan 16 ədəd taxılyığan kombayn, 10 ədəd generator, 54 ədəd otküləş presləyənlər, 24 ədəd taxıl səpənlər, 10 ədəd toxum təmizləyənlər, 10 ədəd diskli mala, 14 ədəd çala qazan və 90 ədəd rotorlu ot biçən ölkəyə gətirilərək lizinq yolu ilə satışa çıxarılıb.
Aprel ayında 70 nəfər hüquqi və fiziki şəxsə 34 ədəd traktor, 1 ədəd SK-5 markalı taxılyığan kombayn və 158 ədəd digər kənd təsərrüfatı texnikası lizinqə verilib.
Qeyd edək ki, «Aqrolizinq» ASC-dən bildirilib ki, iyunun əvvəlində başlanacaq taxıl biçini ilə bağlı səhmdar cəmiyyətin rayon aqroservisləri fermerlərlə müqavilələr bağlamağa başlayıb. Müqaviləyə uyğun olaraq, 1 ha sahədə taxıl biçini 27 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR