Bank Of Baku

Azərbaycan Yunanıstana kənd təsərrüfatı məhsullarının ixracını artıra bilər

Azərbaycan Yunanıstana kənd təsərrüfatı məhsullarının ixracını artıra bilər
# 12 may 2009 15:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı dövründə Azərbaycanın Yunanıstana ixracını artırması üçün əlverişli şərait yaranıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rəhim Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, böhran dövründə dünya bazarında əlverişli şərait yaranır və hazırda Azərbaycanın Yunanıstana ixracı artırmaq şansı var: «Biz Yunanıstana əsasən kənd təsərrüfatı sahəsində ixracı artıra bilərik».

Qeyd edək ki, ötən il ərzində Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsi 247 mln. ABŞ dolları təşkil edib. Bunun da əsas hissəsini Azərbaycandan Yunanıstana ixrac olunan neft məhsulları təşkil edib. Yunanıstandan isə Azərbaycana gətirilən məhsulların həcmi 2008-ci ildə cəmi 6 mln. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR