Bank Of Baku

Azərbaycanın qərbində meyvə qurutma müəssisəsi yaradılacaq

Azərbaycanın qərbində meyvə qurutma müəssisəsi yaradılacaq
# 15 may 2009 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qərb bölgəsində meyvə qurutma müəssisəsi yaradıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Gəncə Aqrobiznes Assosiasiyasının icraçı direktoru Vüqar Mohumayev bildirib.

V.Mohumayevin sözlərinə görə, hazırda Gəncə Aqrobiznes Assosiasiyası «BP-Azerbaijan» şirkətinin elan etdiyi tenderdə qalib gələrək Goranboyun Eyvazlılar kəndində ərazisi 0,7 hektar olan bağ sahəsində su damcılama qurğusu qurub: «Həmin qurğu «BP-Azerbaijan» şirkətinin maliyyə vəsaiti hesabına quraşdırılıb. Gələcəkdə «BP-Azerbaijan» maliyyə yardımı göstərərsə, həmin yerdə meyvə qurutma müəssisəsi inşa edə bilərik və xam malın bir hissəsi burada yetişdiriləcək».

Qeyd edək ki, Goranboy rayonunun Eyvazlılar kəndində uraşdırılan damcılı su qurğusu «BP-Azerbaijan» şirkətinin Azərbaycanda həyata keçirdiyi «BP və Tərəfdaşlarının İcmaların İnkişafı Təşəbbüsləri» layihəsinin III mərhələsi çərçivəsində həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR