Bank Of Baku

İsmət Abasov: “Çəyirtkə problemini itkisiz həll etmək üçün əlimizdən gələni edəcəyik”

İsmət Abasov: “Çəyirtkə problemini itkisiz həll etmək üçün əlimizdən gələni edəcəyik”
# 15 may 2009 10:46 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. “Mərakeş çəyirtkəsi ilə mübarizədə yerli təsərrüfat rəhbərləri və qonşu ölkələrin səlahiyyətli orqanları ilə sıx əməkdaşlıq edirik”. Bu sözləri Gəncədə səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov APA-nın qərb bürosunun sualına cavabında deyib. Nazir problemlə bağlı hələ ötən il Gürcüstanın müvafiq dövlət qurumları ilə danışıqlar apardığını və ümumi razılıqlar əldə edildiyini bildirib: “Biz ötən il də bu problemi əməkdaşlıq yolu ilə aradan qaldırdıq. İndi də yerli təsərrüfat rəhbərləri və qonşu ölkələrin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq xəttini davam etdiririk. Heç kim narahat olmasın, biz problemi itkisiz həll etmək üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, yerli mütəxəssislər əsas təhlükə ocağının Gürcüstan ərazisində olmasını mübarizənin operativliyinə əngəl törədən amil kimi qiymətləndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR