Bank Of Baku

Azərbaycan kənd təsərrüfatı istehsalını 4,6% artırıb

Azərbaycan kənd təsərrüfatı istehsalını 4,6% artırıb
# 20 may 2009 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 1-i vəziyyətinə Azərbaycanda 211,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 33,4 min hektarda dənli və dənli paxlalı bitkilər, 48,2 min hektarda kartof, 49,4 min hektarda tərəvəz bitkiləri, 15,9 min hektarda ərzaq üçün bostan bitkiləri, 10,5 min hektarda pambıq, 40,9 min hektarda çoxillik otlar və digər kənd təsərrüfatı bitkiləri əkilib.

Dövlət Statistika Komitəsindən «APA-economics»ə verilən məlumata görə, yazlıq əkinlərin strukturunda yazlıq dənli və dənli paxlalılar (qarğıdalı daxil olmaqla) 15,8%, texniki bitkilər 9,8%, kartof, tərəvəz və bostan bitkiləri 53,7%, yem bitkiləri isə 20,1% təşkil edib.

Təsərrüfatlarda 200 min ton kartof, 23,3 min ton tərəvəz məhsulları istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən onların istehsalı müvafiq olaraq 8,1% və 16% artıb.

Bundan başqa, 2009-cu ilin yanvar-aprel aylarında ölkədə diri çəkidə 96,8 min ton mal-qara və quş əti, 442,6 min ton süd, 391,9 mln. ədəd yumurta istehsal edilib. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2%, süd istehsalı 2,9%, yumurta istehsalı isə 23,1% artıb.

Hesabat dövründə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 436,3 mln. manat təşkil edərək keçən ilin eyni dövrünə nisbətən 4,6%, o cümlədən bitkiçilik məhsulları 9,8%, heyvandarlıq məhsulları isə 4,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR