Bank Of Baku

Azərbaycanın qərb bölgəsində yemi sexi inşa olunur

Azərbaycanın qərb bölgəsində yemi sexi inşa olunur
# 22 may 2009 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qərb bölgəsində iri buynuzlu mal-qara və quş yemi sexi inşa olunur. «APA-Economics»in məlumatına görə, bunu Gəncə Aqrobiznes Assosiasiyasının icraçı direktoru Vüqar Mohumayev bildirib.

V.Mohumayevin sözlərinə görə, artıq Gəncə Aqrobiznes Assosiasiyası «BP-Azerbaijan» şirkətinin elan etdiyi tenderdə qalib gələrək Goranboyun Eyvazlılar kəndində mal-qara və quş yemi sexi inşasına başlayıb: «Müəssisə inşa olunandan sonra bütün rayonun tələbatını, həmçinin digər bölgələrə yem idxal edə biləcək. Qərb bölgəsində bu cür sexin analoqu olmayacaq. Belə ki, sex müasir avadanlıqlarla təchiz olunacaq. Müəssisənin inşası «BP-Azerbaijan» şirkətinin maliyyə vəsaiti hesabına həyata keçirilir».

V.Mohumayev onu da qeyd edib ki, müəssisə saatda 6 kq gücə malik olacaq. Bundan başqa həmin müəssisədə yemin qablaşdırılması da həyata keçiriləcək.

Qeyd edək ki, Goranboydakı yem müəssisə «BP-Azerbaijan» şirkətinin Azərbaycanda həyata keçirdiyi «BP və Tərəfdaşlarının İcmaların İnkişafı Təşəbbüsləri» layihəsinin III mərhələsi çərçivəsində inşa olunur. Artıq bu layihənin III mərhələsi çərçivəsində Goranboyun Eyvazlılar kəndində Gəncə Aqrobiznes Assosiasiyası «BP-Azerbaijan» şirkətinin maliyyə vəsaiti hesabına damcılı suvarma qurğusu quraşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR