Bank Of Baku

Azərbaycanda yeni şərab zavodu tikiləcək

Azərbaycanda yeni şərab zavodu tikiləcək
# 25 may 2009 11:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Aqroazərinvest» şirkəti yaxın illərdə şərab istehsalını 2 dəfə artırmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin meneceri Fərid Qəhrəmanov məlumat verib.

Bu məqsədlə şirkət ikinci bir şərab istehsalı müəssisəsini tikməyi planlaşdırır. Həmçinin üzüm plantasiyalarının artırılması istiqamətində işlər aparılır.

«MDB ölkələrinə, xüsusilə də Rusiya və Ukraynaya məhsul ixracı üçün geniş potensialımız mövcuddur. Bu gün istehsal olunan məhsulun 70%-ə qədərini Rusiyaya ixrac edirik. Hazırda digər ölkələrə də ixracla bağlı danışıqlar gedir», - deyə şirkət nümayəndəsi vurğulayıb.

Hazırda şirkətin 1000 hektardan artıq üzüm plantasiyası var. «Aqroazərinvest» şirkətinin illik şərab və konyak istehsalı 300 min şərti butulkadır.

«Gilan Holding» Şirkətlər Qrupuna daxil olan «Aqroazərinvest» şirkəti 25-dən artıq şərab və konyak brendi ilə məhsullarını satışa çıxarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR