Bank Of Baku

Azərbaycana buğda və un idxalı artıb

Azərbaycana buğda və un idxalı artıb
# 26 may 2009 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 456 146,3 ton buğda və 25 124,5 ton un idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə buğda idxalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,3%, un idxalı isə 11 dəfə artıb.

Ölkəyə idxal olunmuş buğdanın dəyəri 81 630,5 min ABŞ dolları, unun dəyəri isə 5 428,4 min dollar təşkil edib.

Qeyd edək ki, 30 aprel tarixinədək Azərbaycana idxal edilən buğda və un əlavə dəyər vergisindən azad olub. Mayın 1-dən isə əlavə dəyər vergisinin tətbiqinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR