Bank Of Baku

Gələn həftə Azərbaycanda taxıl biçini başlayır

Gələn həftə Azərbaycanda taxıl biçini başlayır
# 01 iyun 2009 10:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn həftə Azərbaycanda taxıl biçininə başlanacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, hava şəraiti normal keçərsə, gələn həftə regionlarda arpa biçininə, iyunun 10-dan sonra isə buğda biçininə başlanılacaq.

Builki taxıl mövsümündə kombaynlarla bağlı problem olmayacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC bununla bağlı bir ay əvvəlcədən hazırlıq görüb və səhmdar cəmiyyətin rayon aqroservisləri fermerlərlə müqavilələr bağlayıb. Müqaviləyə uyğun olaraq, 1 ha sahədə taxıl biçini 27 manatdır.

Qeyd edək ki, bu il Azərbaycanda 1,6 mln. ton ərzaq buğdası istehsalı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR