Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Azərbaycanın donuzçuluq təsərrüfatlarında apardığı monitorinqləri yekunlaşdırıb

Dövlət Baytarlıq Xidməti Azərbaycanın donuzçuluq təsərrüfatlarında apardığı monitorinqləri yekunlaşdırıb
# 12 iyun 2009 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) iyunun 1-dən Azərbaycanın donuzçuluq təsərrüfatlarında apardığı monitorinqləri yekunlaşdırıb. Bu barədə APA-ya DBX mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O bildirib ki, təsərrüfatlarda epizootik vəziyyətin müəyyənləşdirilməsi məqsədilə keçirilən monitorinq zamanı seçmə üsulla götürülmüş 343 qan nümunəsinin müayinəsi başa çatıb. Nümunələrin heç birində xəstəlik daşıyıcısına təsadüf edilməyib. DBX nümayəndəsi monitorinqin bütün ölkə üzrə aparıldığını və təsərrüfatların heç birində nə xəstə, nə də xəstəhal heyvana rast gəlinmədiyini vurğulayıb. DBX monitorinqləri davam etdirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR