Bank Of Baku

Nazir: “Buğda və una ƏDV-nin təkrar tətbiqi Azərbaycanda bu məhsulların qiymətinin artmasına təsir göstərib”

Nazir: “Buğda və una ƏDV-nin təkrar tətbiqi Azərbaycanda bu məhsulların qiymətinin artmasına təsir göstərib”
# 13 iyun 2009 10:29 (UTC +04:00)
İ. Abasovun sözlərinə görə, bu qiymət artımı əvvəlki aylarda ölkəyə idxal edilən taxıla və una şamil olunmamalıdır: «May ayından ƏDV-nin tətbiqi idxal olunan məhsullarda müəyyən qədər qiymət artımına şərait yaradır. Amma ölkədə ötən ilki istehsaldan kifayət qədər qalıq taxıl var. Digər tərəfdən, may ayına qədərki idxal hesabına kifayət qədər ehtiyatın olduğunu deyə bilərik».

Qeyd edək ki, artıq Azərbaycanda arpa biçininə başlanıb. Yaxın günlərdə isə buğda biçininə start veriləcək. İ. Abasovun sözlərinə görə, bu il Azərbaycanda rekord həddə – 800 min hektar sahədə buğda əkilib. Bu il 2 mln. 160 min tondan artıq buğda, ümumilikdə isə 3 mln. tondan artıq dənli və dənli-paxlalı məhsul istehsalı gözlənilir.

Azərbaycanın buğdaya olan tələbatı isə 1,6 mln. tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR