Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar istehsal edilən məhsula görə ayrılacaq

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar istehsal edilən məhsula görə ayrılacaq
# 13 iyun 2009 10:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımları (subsidiyalar) istehsal edilən məhsula görə veriləcək. APA-nın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

«Bu çox səmərəli təklif olacaq. Eyni zamanda məhsul istehsalçılarının marağını artıracaq», - deyə nazir vurğulayıb.

İ. Abasov hazırda Kənd Təsərrüfatı, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələrinin iştirakı ilə müvafiq qaydaların hazırlandığını qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər 1 hektar sahənin becərilməsi üçün istifadə olunmuş yanacaq və motor yağlarına görə 40 manat, buğda istehsalçılarına isə əlavə olaraq 40 manat (1 ha sahəyə ümumilikdə 80 manat) subsidiya verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR