Bank Of Baku

Azərbaycan buğda idxalını kəskin azaldıb

Azərbaycan buğda idxalını kəskin azaldıb
# 22 iyun 2009 12:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycana 477 409,1 ton buğda və 27 341,8 ton un gətirilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə idxal olunmuş buğdanın dəyəri 85 921,6 min ABŞ dolları, unun dəyəri isə 5 956,8 min dollar təşkil edib. Yanvar-may aylarında buğda idxalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,7% artıb, un idxalı isə 6,4% azalıb.

Cari ilin may ayında isə Azərbaycana 21 262,8 ton buğda və 2 217,3 ton un gətirilib. İlin əvvəlki 4 ayında ölkəyə hər ay orta hesabla 114 036,5 ton buğda və 6 281,1 ton un gətirildiyi halda, may ayının 1-dən idxal una və buğdaya əlavə dəyər vergisinin hesablanması ilə əlaqədar ötən bir ay ərzində buğda idxalı 5,3 dəfə, un idxalı isə 2,8 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR