Bank Of Baku

«Aqrolizinq» ASC 32 taxılyığan kombaynın alınmasına dair tender keçirir

«Aqrolizinq» ASC 32 taxılyığan kombaynın alınmasına dair tender keçirir
# 24 iyun 2009 11:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC hər biri 120-130 at gücünə malik 32 ədəd taxılyığan kombaynın satın alınmasına dair tender elan edib. Bu barədə «APA-Economics»ə Tender Komissiyasından məlumat verilib.

Tender prosedurasına uyğun olaraq, iddiaçılar göstərilən avadanlıqları DDP İnkoterms-2000 şərti ilə müqavilə bağlandıqdan 90 gün ərzində «Aqrolizinq»ə təhvil verməlidirlər.

Tenderin maliyyələşdirilməsi Yaponiya hökumətinin ayırdığı qrant hesabına alınan texnikaların istifadəsindən yığılan vəsait hesabına aparılacaq. Tenderdə İqtisadi İnkişaf Komitəsinə (DAQ) daxil olan ölkələrdə istehsal olunan kombaynlar təklif olunmalıdır.
Tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar sənədlərini avqustun 13-dək «Aqrolizinq» ASC-yə (Bakı şəhər Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12) təqdim etməlidir. Təklif zərfləri avqustun 14-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR