Bank Of Baku

Azərbaycanda taxıl biçini işlərinə dövlət nəzarəti gücləndirilir

Azərbaycanda taxıl biçini işlərinə dövlət nəzarəti gücləndirilir
# 25 iyun 2009 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda taxıl biçini mövsümü ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin bütün əlaqəli şöbə müdirləri və nazir müavinləri rayonlara ezam olunub. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Kənd təsərrüfatı nazirinin göstərişi ilə nazir müavinləri və şöbə müdirləri rayonlarda taxıl biçininə nəzarət etməklə yanaşı, yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görürlər.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdir müavini Rizvan Mustafayevin «APA-Economics»ə verdiyi məlumata görə, iyunun 22-dək ölkədə 225 724 ha sahədən 556 153 ton taxıl biçilib. Taxılın məhsuldarlığı 1 ha üçün 24,6 sentner təşkil edib.

«Bəzi ərazilərdə hava şəraitinin pis keçməsinə baxmayaraq, hazırda taxıl biçini normal davam edir. Kombaynlarla bağlı heç bir problem yoxdur», - deyə R.Mustafayev vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycanda 1 078 655 ha sahədən (ötən ilkindən 215 min ha çox) dənli bitkilərin yığımı gözlənilir. Bunun 810 751 hektarını (ötən ilkindən 207 min ha çox) ərzaq buğdası əkilmiş sahələr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR